Bu bölmə ishvar.net-ın ümumi qaydalarını və hüquqi məsuliyyətlərini özündə əks etdirir. Zəhmət olmasa saytımızdan istifadə etməzdən əvvəl aşağıdakıları diqqətlə oxuyun. Əgər siz aşağıda qeyd olunan şərtləri qismən və / və ya tam qəbul etmirsinizsə, ishvar.net-dan heç bir məqsəd üçün istifadə etməyin.
ishvar.net-ın öhdəlikləri;
ishvar.net saytdakı şirkətin məzmununa və namizəd məlumatlarına görə heç bir şəkildə cavabdeh deyil və məsuliyyət daşımır.
Saytda CV-si olan istifadəçi öz CV-sindəki məlumatlara görə məsuliyyət daşıyan tək şəxsdir.
ishvar.net işəgötürən deyil. İşəgötürən şirkətlə əlaqə saxlayan namizəd bütün məsuliyyəti öz üzərinə götürür. Bu prosesdə ishvar.net heç bir məsuliyyət daşımır.
ishvar.net elanlara daxil olan müraciətlərin sayına görə cavabdeh deyil və işçi tapılmasına zəmanət vermir.
ishvar.net saytın proqram təminatında hər hansı xətaların olmamasına və saytda virusların olub-olmamasına görə heç bir məsuliyyət daşımır. Bu saytdakı hər hansı proqram təminatı səbəbindən istifadə etdiyiniz proqram təminatı və/yaxud aparata hər hansı ziyan dəyərsə şirkətimiz bununla bağlı məsuliyyət daşımayacaq.
ishvar.net öz marketinq fəaliyyətləri üçün vakansiya və CV-lər ilə bağlı bütün məlumatlardan istifadə etmək hüququna malikdir.
- Vakansiyaların saytda yayımlanma müddəti 30 gündür.
- Vakansiyanın adı ilə kateqoriyası uyğunluq təşkil etməlidir. Əgər bu məlumat səhv daxil olunubsa, sayt bu məlumatı düzəltməyi öz öhdəsinə götürür.
- Bir vakansiya başlığında yalnız bir vəzifə adı qeyd oluna bilər.
- İş elanları və namizədə tələblər xanaları vakansiyanı ətraflı izah edəcək şəkildə aydın qeyd olunmalıdır.
- Leksik, qrammatik və orfoqrafik normalara uyğun olmayan mətni redaktə etməyi sayt öz öhdəsinə götürür.
- Natamam və ya normalara uyğun olmayan məlumatlar qəbul olunmur və ya yenidən düzəliş etmək üçün geri göndərilir.
- Əmək haqqı məbləği göstərilməlidir. Əgər əmək haqqı sütunu boş saxlanılırsa, saytda Ə/h rnetılaşma yolu ilə olduğu göstərilir.
- Əmək haqqı məbləği həqiqətə uyğun olmalıdır. Reallığı əks etdirməyən maaş məbləği və geniş interval düzəliş üçün geri göndərilir.
- Dərc olunmuş vakansiyanın adının dəyişdirilməsi qadağandır.
- Dərc olunmuş vakansiyanın redaktəsi zamanı İş haqqında məlumat və ya Namizədə tələblər bölməsinin mövcud olana nəzərən bütünlüklə dəyişdirilməsi / yeni məlumat ilə əvəz olunması qadağandır.
- Tibbi, kosmetik, zinyət əşyaları məhsulların online satışı, kütləvi şəkildə işə qəbul, vakansiya üçün şəxsdən ödəniş tələbi və s. növdə vakansiyaların yayımı qəbul olunmur. Habelə dərman preparatlarının satışı, kriptovalyuta alqı-satqısı və s. ilə bağlı vakansiyalar vebsayt tərəfindən imtina edilə bilər. Bu hallarda ödəniş geri köçürülür.
- Şəbəkə üsulu marketinq növündə olan vakansiyalar qəbul olunmur.
- Şübhəli fəaliyyət növü olan və ya fəaliyyət istiqaməti bəlli olmayan vakansiyalar qəbul olunmur.
- Elanlar vebsaytda əlavə olunduqdan sonra təsdiqlənmə müddəti yerləşdirən şirkət və elanın məzmununa əsasən 1-2 iş günü təşkil edir.