İş elanının yerləşdirilməsi
İş elanı yerləşdirmək üçün, sizdən vakant iş yeri haqqında məlumatı ishvarnetworkgmail.com ünvanına Word formatında göndərməyiniz xahiş olunur. İş elanı yerləşdirərək qaydaları qəbul etmiş olursunuz
Qaydalar
- Vakansiyaların saytda yayımlanma müddəti 30 gündür.
- Vakansiyanın adı ilə kateqoriyası uyğunluq təşkil etməlidir. Əgər bu məlumat səhv daxil olunubsa, sayt bu məlumatı düzəltməyi öz öhdəsinə götürür.
- İş elanları və namizədə tələblər xanaları vakansiyanı ətraflı izah edəcək şəkildə aydın qeyd olunmalıdır.
- Leksik, qrammatik və orfoqrafik normalara uyğun olmayan mətni redaktə etməyi sayt öz öhdəsinə götürür.
- Natamam və ya normalara uyğun olmayan məlumatlar qəbul olunmur və ya yenidən düzəliş etmək üçün geri göndərilir.
- Əmək haqqı məbləği göstərilməlidir. Əgər əmək haqqı sütunu boş saxlanılırsa, saytda Ə/h razılaşma yolu ilə olduğu göstərilir.
- Əmək haqqı məbləği həqiqətə uyğun olmalıdır. Reallığı əks etdirməyən maaş məbləği və geniş interval düzəliş üçün geri göndərilir.
- Tibbi, kosmetik, zinyət əşyaları məhsulların online satışı, kütləvi şəkildə işə qəbul, vakansiya üçün şəxsdən ödəniş tələbi və s. növdə vakansiyaların yayımı qəbul olunmur. Habelə dərman preparatlarının satışı, kriptovalyuta alqı-satqısı və s. ilə bağlı vakansiyalar vebsayt tərəfindən imtina edilə bilər. Bu hallarda ödəniş geri köçürülür.
- Şəbəkə üsulu marketinq növündə olan vakansiyalar qəbul olunmur.
- Şübhəli fəaliyyət növü olan və ya fəaliyyət istiqaməti bəlli olmayan vakansiyalar qəbul olunmur.